Gürcüstanda 1612 yeni yoluxma, 28 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 612 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki , bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 235 491, ölənlərin sayı isə 2 694 nəfərə çatıb.

Virusa yoluxanlardan 223 695 nəfərin sağaldığı bildirilir.

Share: