Günay Ağamalının təşəbbüsü ilə Salyan rayon ərazisində Şəhid Anaları ziyarət olundu

Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalının təşəbbüsü ilə  Salyan rayon ərazisində Şəhid Anaları ziyarət olunub.

 

Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Günay Ağamalı, millət vəkili Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Ana Vətən Partiyası Salyan rayon Qadınlar Şurasının sədri Nərgiz Abbasova Şəhid analarımızla görüşüb, onları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdilər.

 

AVP Qadınlar Şurasının sədri Günay Ağamalı torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq səlnaməsi yazan igid qardaşlarımızın xatirəsinin hər zaman anılacağını, xatirələrinin əziz tutulacağını diqqətə çatdırdı. Ölkə başçısı Cənab İlham Əliyevin, Birinci Vitse – Prezident Mehriban Xanım Əliyevanın Şəhid ailələrinə, onların övladlarına olan diqqət və qayğısından danışaraq, hər bir Azərbaycan  vətəndaşının bu diqqət və qayğıya dəstək olmasının vacibliyini söylədi. 

Mənbə

Share: