Gündoğar ölkədə doğum sayı kəskin azaldı

 

Yaponiyada cari il ərzində doğuşların sayı rekord səviyyədə aşağı düşüb. Statistika İdarəsində son illərin ən aşağı göstəricisi qeydə alınıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu ilin yanvarından sentyabr ayınadək ölkədə 598 mindən az uşaq doğulub. Belə ki, 1899-cu ildən aparılan statistikaya əsasən ölkədə hər bir təqvim ili ərzində ən azı 800 min uşaq doğulub.

Nazirliyin məlumatında qeyd edilib ki, ilkin hesabata əsasən cari ilin ilk 9 ayı ərzində cəmi 599 min 636 uşaq dünyaya gəlib. Buraya ölkədə doğulan əcnəbi uşaqlar da daxildir. Həmin göstəricinin keçən illə müqayisədə 30 min 933 nəfər və ya 4,9 faiz az olduğu diqqətə çatdırılıb.

Ümumiyyətlə, 2021-ci ildə Yaponiyada 811 min 622 uşaq doğulub.

Mənbə

Share: