Gürcü deputatlar iyulun əvvəlində Moskvada keçiriləcək “Parlamentarizmin inkişafı” beynəlxalq forumunda iştirak etməyi planlaşdırır.
Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş Komitəsinin sədri Leonid Kalaşnikov danışıb.
“Rusiya bütün iştirakçıların, o cümlədən gürcülərin təhlükəsizliyinə zəmanət verir”, – Kalaşnikov bildirib.