Gürcüstan mütləq azad və avropalı olacaq

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Gürcüstandakı etirazlara dəstəyini ifadə edib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

“Siz “Xarici agentlər haqqında” adı ilə repressiv qanunlar çıxara bilməzsiniz. Və ya azadlıq istəyən vətəndaşları döyə bilməzsiniz. Ya da Avropaya gedə-gedə Rusiyaya baxa bilməzsiniz. Prezidentinizi həbsxanada yavaş-yavaş öldürə bilməzsiniz. Ən önəmlisi isə Rusiyanın sözünə əsla qulaq asa bilməzsiniz. Gürcüstan mütləq azad və avropalı olacaq”, – deyə Podolyak qeyd edib.

 

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdünüyü elan edib.

Mənbə

Share: