Gürcüstan Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

Gürcüstan liderinin təbriki onun sosial şəbəkə hesabında paylaşılıb.

“Bu günü qeyd edən bütün Gürcüstan vətəndaşlarını Novruz Bayramı münasibətilə təbrik edirəm. Azərbaycan icmasını təmsil edən soydaşlarımızı və bayramın gəlişini qeyd edən bütün qonaqlarımızı təbrik edirik”, – Gürcüstan lideri qeyd edib.

Salome Zurabişvili həmçinin qonşu Türkiyə, İran, eləcə də Qazaxıstan, Türkmənistan, bayramı qeyd edən digər ölkələrin vətəndaşlarını yeni il bayramı və yeni məhsul münasibətilə təbrik edib.

“Bu gün yeni başlanğıc, yeni həyat mənbəyi, yenilənmiş enerji və rahat münasibətlər gətirən gün olsun”, – S.Zurabişvili əlavə edib.

Mənbə

Share: