Gürcüstanda 1 738 yeni yoluxma, 38 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 738 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 225 893, ölənlərin sayı isə 2 481 nəfərə çatıb.

Virusa yoluxanlardan 210 445 nəfərin sağaldığı bildirilir.

Share: