Gürcüstanda 1 852 yeni yoluxma

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 852 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirilib.

Qeyd olunub ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 42 579 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 26 800 nəfərin sağaldığı, 342 nəfərin isə öldüyü bildirilir.

Share: