Gürcüstanda daha 688 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 688 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 259 897, ölənlərin sayı isə 3 221 nəfərə çatıb.

Virusa yoluxanlardan 251 077 nəfərin sağaldığı bildirilir.

Share: