Gürcüstanda polis əməkdaşının meyiti tapılıb

Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Zuqdidi şəhərində polis bölmələrindən birinin növbətçi məntəqəsində polis əməkdaşının meyiti aşkarlanıb.

Bu barədə Gürcüstanın “Mtavari” telekanalı məlumat yayıb.

Bildirilib ki, fakt üzrə “İntihar həddinə çatdırma” maddəsi ilə istintaq aparılır.

İlkin versiyalardan birinə əsasən, polis əməkdaşı intihar edib.

Əldə olan məlumata görə, onun borcu olub. Ailə və dostlar isə onun psixi problemlərinin olduğunu deyiblər.

Polis əməkdaşının meyiti tibbi ekspertizaya göndərib.

Araşdırma aparılır.

Mənbə

Share: