Hədəfimiz dünya liderlərindən birinə çevrilməkdir

 

“Türkiyənin 2023-cü il üçün hədəfi siyasətdə və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir”.

Milletinsesi.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmv Yeni il müraciətində deyib.

“İndi məqsədimiz təkcə qlobal siyasətdə və iqtisadiyyatda ən yüksək pillələlərə yüksəlmək deyil, həm də orada qalmağa imkan verəcək siyasi və iqtisadi güc əldə etməkdir” – Ərdoğan bildirib.

O qeyd edib ki, 2023-cü il Türkiyə üçün xüsusi il olacaq, çünki gələn il cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü qeyd ediləcək:

“Türkiyə təkcə yeni ili qeyd etmir, həm də cümhuriyyətin qurulmasının birinci yüzilliyinin arxada qalacağı və yeni əsrin başlayacağı bir dövrə qədəm qoyur”.

Mənbə

Share: