“Kişilər üçün sərhədlər bağlanacaq, hərbi vəziyyət elan ediləcək, növbəti səfərbərlik dalğası başlayacaq”

 “Siz nə uğrunda döyüşəməyə hazırlaşırsınız?..”

“Sizin heç olmasa hansısa seçim etmək üçün təxminən bir həftəniz qalıb…”

“Siz həlak olmağa və ya ömürlük şikəst qalmağa risk edərək nəyin uğrunda döyüşəcəksiniz?..”

Ukrayna Rusiyada səfərbərliyin ikinci dalğasının dəqiq tarixini açıqlayıb

Ukrayna hərbçiləri Rusiyada səfərbərliyin ikinci dalğasının nə zaman başlayacağı barədə danışıb.

Ukrayna müdafiə naziri Aleksey Reznikovun sözlərinə görə, bu, Yeni ildən dərhal sonra baş verəcək.

Rusiyalılara xüsusi müraciətində o, deyib ki, Rusiya vətəndaşlarının seçim etmək üçün çox az zamanı qalıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

“Yeni il ərəfəsində mən Rusiyanın hərbi mükəlləfiyyətli vətəndaşlarına müraciət edirəm. İlk növbədə bu, Rusiyanın iri şəhərlərinin sakinlərinə aiddir. Mən dəqiq bilirəm ki, sizin heç olmasa hansısa seçim etmək üçün təxminən bir həftəniz qalıb.

Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan ediləcək və növbəti səfərbərlik dalğası başlayacaq. Belarusla da sərhədlər bağlanacaq”, – Reznikov deyib.

Onun sözlərinə görə, bu gün “rusiyalılar bayram süfrəsini nə ilə bəzəməyi düşünür, lakin saatların zəngindən qapının döyülməsini eşitməyə bilərsiniz, “qapınızı hərbi komissar döyəcək”.

O, rusiyalılara özlərinə sual etməyə çağırış edib: həlak olmağa və ya ömürlük şikəst qalmağa risk edərək, konkret olaraq nəyin uğrunda döyüşməyə hazırlaşırlar?

“Qanlı qətliamı törədənlər, dəhşətli hərbi cinayətlər törədənlər indi sizə deyirlər ki, sıx birləşmək və Rusiyanı qorumaq lazımdır, çünki ətraf düşmənlərlə doludur.

Onlar sizi onunla qorxudur ki, məğlub olacağı təqdirdə bütün rusiyalılara divan tutulacaq, böyük zəhmətlə qazandığınız əlinizdən alınacaq, tribunal təşkil ediləcək və s. Bu, yalandır. Sizi yenidən aldadırlar”, – Reznikov deyib.

Bundan öncə Rusiyada yeni səfərbərlik dalğası barədə Ukrayna müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bəyan edib. O, 5 yanvarı konkret tarix kimi göstərib.

Üzdəniraq “qismən səfərbərliyin” bitməsi barədə Rusiya müdafiə nazirliyi oktyabrın sonunda elan edib.

Lakin  prezident Putin bu barədə fərman imzamalayıb, bu da hakimiyyətə istənilən an onu bərpa etməyə imkan verir.

Mənbə

Share: