Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək.
Xidmətdən Millətin Səsi.az -a bildirilib ki, bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.
Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38° isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41° isti kimi hiss olunacaq.