İlham Əliyev Efiopiyanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib – YENİLƏNİB + FOTO

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.

Moderator.az xəbər verir ki, səfir Adem Muhammed Mahmud etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Münasibətlərimizin yaxşı tarixə malik olduğunu bildirən dövlətimizin başçısı hazırda ikitərəfli səviyyədə müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün də mövcud imkanlardan istifadə edilməsinin önəmini vurğulayıb.

Səfir Adem Muhammed Mahmud Efiopiya Prezidenti xanım Sahle-Vork Zevdenin və Baş nazir Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Efiopiya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Səfir qeyd edib ki, gözəl ölkə olan Azərbaycanda etimadnaməsini təqdim etməkdən böyük şərəf hissi duyur. Adem Muhammed Mahmud da öz növbəsində əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən investisiya və ticarət sahələrində genişləndirilməsi üçün ölkələrimizin malik olduğu potensialdan istifadə edilməsinin zəruriliyini vurğulayıb. Səfir Azərbaycanın böyük təcrübəyə və potensiala malik olduğunu deyərək münasibətlərimizin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatına üzv, xüsusən də Afrikadan olan ölkələrə humanitar və maliyyə yardımları göstərməsi xüsusi olaraq vurğulanıb.

12:05

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Mənbə

Share: