İslamiada: İrina Zaretska finala yüksəlib

Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 68 kq-da çıxış edən idmançı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, İrina Zaretska 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Mənbə

Share: