Hərbçilərimiz Gürcüstanda keçirilən təlimdə – FOTO

Gürcüstanda 21 ölkənin iştirakı ilə “Agile Spirit 2023” çoxmillətli hərbi təlimlər başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 11-ci dəfədir təşkil olunan təlim çərçivəsində Vaziani hərbi aerodromunun ərazisində ilk nümayiş komponenti təqdim olunub. ABŞ Ordusunun Avropa Komandanlığının 173-cü Hava Desant Briqadasının C-17 çoxməqsədli hərbi-nəqliyyat təyyarəsi Vazianidə hava-desant təlimi keçirib. Əməliyyatda Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və müdafiə attaşesi, polkovnik Cozef Bilbo, Müdafiə Qüvvələrinin rəhbərləri və digər səlahiyyətli şəxslər iştirak ediblər.

 

Qeyd edək ki, “Agile Spirit 2023” NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin qərargahında açılıb.

 

Hərbi təlimlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edirlər.

 

1273443

Mənbə

Share: