Hərbi helikopter qəzaya uğradı – 4 nəfər öldü 

Avstraliyanın şimal-şərqində hərbi helikopter qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “9News” nəşri məlumat yayıb.

 

Telekanalın məlumatına görə, qəzaya uğrayan təyyarənin ekipajı “Talisman Saber” hərbi təlimlərində iştirak edirmiş. Hadisə nəticəsində azı 4 nəfər ölüb.

 

Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı araşdırma aparılır.

Mənbə

Share: