Hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar

2019/2020-ci tədris ilində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari və aralıq attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət alan və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməyən qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunacaq.

Milletinsesi.az xəbər verir ki, bunla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edib.

Bu Qərar 2021-ci il yanvarın 31-dək qüvvədədir.

 

Share: