Hafiz Hacıyevin qərargahı market olacaq?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qərargahının sökülməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bu barədə Millətin Səsi.az-a açıqlama verən partiya sədri ofisinin sökülməyəcəyini deyib.

“Partiyamızın ofisi hazırda təmirdədir. Bundan öncə də təmir işləri aparılıb. Bir neçə gündən sonra təmir işləri başa çatacaq. Bununla da ofis əvvəlki kimi işlək vəziyyətə gələcək. Ofisin sökülməsi, yerinə başqa obyekt tikilməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir”, – deyə Hafiz Hacıyev vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ofisinin sökülərək, yerində market tikiləcəyi barədə xəbərlər yayılıb.

Mənbə

Share: