Handeni birincilik taxtından endirdi

Aktrisa Hande Erçelin rol aldığı “Sen çal kapımı” serialının reytinqi əvvəlki kimi yüksək nəticələri vermir.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, rol aldığı ekran işinin reytinqinin düşdüyünü görən Hande İnstaqram hesabında tərəf müqabili Kerem Bürsinlə canlı yayımlar etməyə başlayıb. Lakin yenə də serialın reytinqinin düşməyə davam etməsi Handenin birincilik taxtını əldən verməsinə səbəb olub.

Bir müddət əvvəl Erçel ən çox axtarılan aktrisa seçilsə də, Demet Özdemir onu postundan edib. Aparılan son reytinq nəticələrinə əsasən Özdemir ən çox axtarılan aktrisalar siyahısında ilk yerdə qərarlaşıb.

Share: