“Heç kim qalib gələ bilməz”

NATO Rusiyanın nüvə silahından istifadə etməsinin qəbuledilməz olduğunu və ağır nəticələrə səbəb olacağını bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

“Nüvə silahından istənilən cür istifadə qətiyyən yolverilməzdir, bu, münaqişənin mahiyyətini tamamilə dəyişəcək və Rusiya bilməlidir ki, nüvə müharibəsində heç kim qalib gələ bilməz”.

 

Baş katib qeyd edib ki, Putinin nüvə ritorikasını ciddi qəbul etmək lazımdır.

 

“Bunun Rusiya üçün ağır nəticələr verəcəyinə dair aydın mesaj veririk”, – deyə NATO rəhbəri xəbərdarlıq edib.

 

Akif İsmayılov 

Mənbə

Share: