
“Baydenin Yaxın Şərqdə böyük strategiyası yandırılmasa da, oda qərq edilib…”
“Heç demə HƏMAS Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və İsrailin diplomatik münasibətləri və böyük strategiyasında veto hüququna malik olub…”
HƏMAS-ın İsrailə hücumu bir saatın içində fələstinlilərlə kövrək atəşkəsi pozub.
Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Səudiyyəlilərin ABŞ-ın təhlükəsizlik zəmanətləri müqabilində sülh bağlamağa hazır olduğu zaman Netanyahu hökumətində müharibə üçün növbəti bəhanə meydana çıxıb.
Heç demə HƏMAS Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və İsrailin diplomatik münasibətləri və böyük strategiyasında veto hüququna malik olub.
Bu üç ölkə əlavə diqqət çəkmədən və Ağ evin diktəsilə tədricən üçtərəfli saziş bağlamağa doğru addımlayıb, bu da regionda və onun hüdudlarından kənarda geosiyasi düzəni yenidən qurmağa imkan verərdi.
Ona görə də HƏMAS fələstinlilərin maraqlarını təmsil edən ən aqressiv qruplaşmadır və hər şeyi dağıtmağa qərar verib. Özü də sözün birbaşa mənasında.
Son 24 saat ərzində HƏMAS Qəzza bölgəsindən minlərlə raket buraxıb, onlarla israillini qətlə yetirib, Aşkelonun bir hissəsi və digər şəhərləri Ukraynada artilleriya atəşlərindən sonrakı hala salıb.
Eyni zamanda, HƏMAS yaraqlıları qurudan, dənizdən və havadan İsrail ərazisinə keçib, israilliləri öz evlərində girovlara çevirib.
“Biz müharibə şəraitindəyik”, – bunu İsrailin baş naziri Binyamin Netanyahu İsrailin Qəzza bölgəsinə cavab atəşi açılandan sonra bəyan edib.
Nə Netanyahunun özünü, nə də onun koalisiya üzrə tərəfdaşlarını heç vaxt onları fələstinlilərə qarşı sərt tədbirlər görməyə və ya İordan çayının Qərb sahilində Fələstin torpaqlarında İsrailin yaşayış məskənlərini salmağa uzun müddət razı salmaq lazım gəlməyib.
Bu dəfə Netanyahunun ultramillətçi hökuməti müharibə etmək üçün əla fürsət əldə edib, bu da ona istədiyini etməyə imkan verəcək.
Lakin bu regionda təhrif edimiş məntiqlə baş verənlər həm də HƏMAS-ın maraqlarına uyğundur. Fələstinlilər ABŞ prezidenti Co Bayden administrasiyasının nəzarəti altında Məkkə və Mədinə torpaqlarında özlərinin güman edilən havadarlarının, səudiyyəlilər və israillilərin ləng yaxınlaşmasından narazı olub.
Səudiyyəlilər heç vaxt İsraili millət kimi tanımayıb və rəsmən fələstinlilərin tərəfini tutub. Bu arada isə Səudiyyə Ərəbistanının faktiki rəhbəri vəliəhd Məhəmməd bin Salman öz ölkəsinin qlobal güc siyasətində vəziyyətini dəyişməyə can atır.
O, özünün qədar düşməni kimi İsraili deyil, İranı görür. Özünə tərəfdaşlar tapmaq üçün o, ya Çindən, ya da Birləşmiş Ştatlardan təklif ala bilər, çünki bu iki ölkə qlobal üstünlük uğrunda bir-birilə rəqabət aparır.
Ona görə də vəliəhd Bayden administrasiyasının təklif etdiyi cəsarətli planı nəzərdən keçirməyə hazır olduğunu ifadə edib.
Səudiyyəlilər İsrail ilə Amerikanın təhlükəsizlik zəmanətləri və mülki nüvə texnologiyaları ilə kömək müqabilində rəsmən və əsl sülh bağlaya bilərdi. İsrail isə daha bir, ən vacib ərəb ölkəsini düşmənlər sırasından tərəfdaşlar sırasına keçirə bilərdi.
Bir də o, fələstinlilərlə daha yaxşı ünsiyyətdə olmağı vəd edib, hərçənd, bunun özünü nədə ifadə edəcəyi bəlli deyil.
Bu arada isə Birləşmiş Ştatlar Çini regondan çıxışdırıb çıxara və İranı çəkindirməyi bacaran alyansın əsasını qoya bilərdi. Eyni zamanda, Vaşinqton bu yeni təsir rıçaqından Tehranla münasibətləri nizama salmaq üçün istifadə edə bilərdi.
Bu sxemdə ən zəif həlqə İsrail hökuməti və fələstinlilər olacaqdı. Netanyahunun koalisiya üzrə tərəfdaşları İsrail-Fələstin münaqişəsinin iki dövlət yaradılması yolu ilə həllinə inanmır, onlar İordan çayının Qərb sahilini büsbütün həzm etməyə üstünlük verərdi, hətta bunun üçün faktiki olaraq aparteid rejimini bərqərar etmək lazım gəlsə belə.
Lakin fələstinlilər bilir ki, hətta Ər-Riyad onların maraqlarına az diqqət yetirir. Əgər vəziyyətə Qəzza bölgəsi və ya Qərb sahili tərəfindən baxsaq, bu vəziyyət tezliklə pisləşməlidir.
Ona görə də HƏMAS regionda saysız-hesabsız olan fitilləri yandırıb. İsraillilərlə fələstinlilər arasında kövrək atəşkəsə son qoyulub, nifrət və əzab spiralları yenidən dolaşır, səudiyyəlilər və digər ölkələrə öz ərəb qardaşlarına kömək etmək üçün artan təzyiq İsrail ilə bundan sonra münasibətlərin istənilən istiləşməsində fasilə yaradır.
Ötən ay İsrailin turizm naziri Səudiyyə Ərəbistanını ziyarət edən Nazirlər Kabinetinin ilk nümayəndəsi olub, o, Ər-Riyadda keçirilən konfransda iştirak edib.
Bu, Vaşinqtonun güman etdiyi və daha böyük sövdələşməyə gətirib çıxarmalı olan çoxsaylı kiçik addımlardan biri olub. İndi isə bu jest, görünür ki, çox arxada, tamamilə başqa epoxada qalıb.
Birləşmiş Ştatların bütün tərəfləri-HƏMAS, Netanyahu, vəliəhd və başqalarını təmkinliyə çağırmaqdan başqa seçimi qalmayıb. Bu arada isə Baydenin Yaxın Şərqdə böyük strategiyası yandırılmasa da, ən azı oda qərq edilib.
Ağ ev artıq bir çox çətinliklərlə üzləşib, Nümayəndələr Palatasında respublikaçı nümayəndələrin bir-birinə basqısı şəraitində ABŞ Konqresini bundan sonra da Ukraynaya dəstək göstərməyə inandırmağa cəhd edir.
İndi elə həmin qalmaqalçılar Baydeni İrana qarşı həddən artıq yumşaqlıq göstərməkdə, İsrailə qarşı son dərəcə qətiyyətsizlikdə və Yaxın Şərq siyasətində ardıcıl olmamaqda ittiham edəcək.
HƏMAS, sadəcə, İsrailə raketlərlə zərbə endirməyib. Bu hücumun nəticələri hətta Vaşinqtonda və onun hüdudlarından kənarda da hiss ediləcək.