İsrailin Baş naziri Binyamin Netanyahunun almaniyalı, italiyalı və britaniyalı həmkarları Olaf Şolts, Corcia Meloni və Rişi Sunak, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı olub.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.
“Bütün liderlər İsrailin lazım gəldikdə özünü müdafiə etmək hüququnu birmənalı dəstəklədiklərini bildiriblər”, – mətbuat Xidməti diqqətə çatdırıb.