Hindistanda bəbir kişini parçaladı

Hindistanda bəbir Rama Svarupa Mina adlı vətəndaşı parçalayaraq öldürüb.

Bu barədə “The Times of India” portalı məlumat yayıb.

Ölən şəxsin məbəddən evə gələrkən vəhşi heyvanın hücumuna məruz qaldığı bildirilir. Hadisə mayın 4-də baş verib. Minanın ailəsi onun evə gəlmədiyini görüncə axtarışa başlayıb.

45 yaşlı kişinin meyiti Kişori kəndi yaxınlığındakı meşədən tapılıb. Polislər qaniçən vəhşini tutmaq üçün tələ qurublar. Yanvar ayının sonunda eyni kənddə bəbir bir ailənin dördaylıq körpəsini oğurlayaraq parçalayıb.

Maraqlıqdır ki, bəbirqurbanlarını yemir, sadəcə, öldürür.

Share: