Hulusi Akar britaniyalı həmkarı ilə danışıqlar apardı 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Britaniyaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Səfər Britaniyanın müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə baş tutub.

 

Akar səfər çərçivəsində btitaniyalı həmkarı ilə təkbətək görüşüb, daha sonra heyətlərarası geniştərkibli görüş keçirilib. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə diqqət çəkilib.

Mənbə

Share: