Hulusi Akar Macarıstana səfərə gedib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Macarıstana səfər edib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Paytaxt Budapeştin hava limanında Macarıstan müdafiə naziri Tibor Benko tərəfindən qarşılanan Akar Türk Şəhidliyini ziyarət edib.

Nazirlər daha sonra Birinci Dünya müharibəsində Qalisiya cəbhəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyublar.

Gül Baba türbəsi də ziyarət edilib.

Share: