İki avtobus toqquşdu – 18 nəfər öldü

Nigeriyanın Kano vilayətində iki sərnişin avtobusu toqquşub.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 18 nəfər ölüb.

 

Magistral yolda baş verən qəza nəticəsində 12 nəfərin yaralandığı bildirilir.

 

Yaralıların xəstəxanalara aparıldığı qeyd edilir. Yerli rəsmilər ölənlərin sayının artacağını istisna etmir.

Mənbə

Share: