İki gündə Gürcüstana 21 min rus gəlib

Son iki sutka ərzində Gürcüstana 21 mindən çox Rusiya vətəndaşı daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

 

Nazir qeyd edib ki, qismən səfərbərlik elan edildikdən sonrakı günlərdə Rusiyadan Gürcüstana 5-6 min nəfər səfər edib, son iki gündə isə onların sayı 40-45 faiz artıb.

Mənbə

Share: