İki gündür itkin düşən 3 yaşlı Zəhra tapıldı

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə tapılıb.

Bu barədə Report-a Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən məlumat verilib.

Qeyd edək ki, 4 iyunda Sabunçu rayonunda 3 yaşlı qız uşağı səhər saatlarından itkin düşmüşdü. Yaşadığı evin qarşısındakı küçəyə çıxan 3 yaşlı Zəhra valideyn nəzarətsizliyi nəticəsində qısa zamanda gözdən itmişdi.

 

Share: