
İki Gürcüstan vətəndaşı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Milletinsesi.az xəbər verir ki, həmin şəxslər Azərbaycandan vətənə qayıdıb.
Gürcüstan vətəndaşları Azərbaycanla sərhəddə olan “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən xəstəxanaya aparılıb. Onlarda yüksək hərarət qeydə alınıb.
Həmin şəxslər koronavirusla bağlı test olunacaqlar.//Report.az