İki Gürcüstan vətəndaşı koronavirusa görə XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

İki Gürcüstan vətəndaşı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Milletinsesi.az xəbər verir ki, həmin şəxslər Azərbaycandan vətənə qayıdıb.

Gürcüstan vətəndaşları Azərbaycanla sərhəddə olan “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən xəstəxanaya aparılıb. Onlarda yüksək hərarət qeydə alınıb.

Həmin şəxslər koronavirusla bağlı test olunacaqlar.//Report.az

Share: