İlham Əliyev daha bir xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev teatr və kino aktyoru, xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib.

Bu barədə Report-a M.Qasımov özü məlumat verib.

O bildirib ki, mənzilin açarları bu gün təqdim olunacaq:

“Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı mənə çox böyük diqqət göstərib. Artıq mənzilin sənədlərini götürmüşəm. Bu gün gedib evimə baxacam”.

 

Share: