İlham Əliyev İqor Seçini təltif etdi

Prezident İlham Əliyev İqor İvanoviç Seçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə İqor İvanoviç Seçin “Dostluq” ordeni ilə təltif edilsin”.

 

Share: