İlham Əliyev Vahid Ələkbərova məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev LUKOYL neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli Vahid Yusuf oğlu,

Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün LUKOYL dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

LUKOYL şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm”.

 

Share: