İlham Mirzəyev infarkt keçirdi – Xəstəxanadan açıqlama

İlham Mirzəyev infarkt keçirdi – Xəstəxanadan açıqlama

Ötən gün tanınmış aparıcı İlham Mirzəyev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. O, vəziyyətinin yaxşı olmadığını bildirərək, izləyicilərindən onun üçün dua etmələrini istəyib.

Millətin Səsi.az xəbər verir ki, Mərkəzi Klinikadan Bakupost.az-a İlham Mirzəyevin sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunduğu bildirilib.

“Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, – açıqlamada qeyd olunub.

Share: