İlon Maskdan Trampa BÖYÜK JEST

Tviter sosial platformasının rəhbəri İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın tviter hesabının bərpa olunacağını bəyan edib.

 

Modern.az xəbər verir ki, milyarder İlon Mask bunun üçün post paylaşıb. 

 

Í.Mask bunun üçün öz hesabında izləyiciləri arasında sorğu keçirib. 

 

İzləyicilərin 52 faizi eks-prezidentin tviter hesabının bərpa olunmasını istəyib.

 

Sosial platformanın sahibi sözünün üzərində dayanaraq Trampın sosial şəbəkə hesabının bərpa ediləcəyini dilə gətirib.

 

O bildirib ki, “Xalq sözünü dedi, Trampın səsi tanrının səsidir, hesabı bərpa olunacaq”.

 

Qeyd edək ki, Donald Trampın tviter hesabı 2020-ci ildəki seçkilərdən sonra qeydə alınan “Kapitoli olayları”na görə dondurulmuşdu.

Mənbə

Share: