Estoniya Ukraynaya avtobus və generatorlar verəcək

Estoniya Ukraynaya 27 avtobus və 13 elektrik generatoru göndərəcək.

 

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.

 

Onun sözlərinə görə, Ukraynaya hərbi və siyasi dəstəkdən əlavə humanitar yardım da lazımdır.

 

Bununla yanaşı, Tallin yaxın vaxtlarda Ukraynaya iki təcili yardım maşını da göndərməyi planlaşdırır.

Mənbə

Share: