İmtahandan uğurla keçənlərə sertifikatların verilməsinə başlanılıb

Mayın 5-də dövlət qulluğuna qəbul üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, dövlət qulluğunun A növünə (inzibati rəhbər) aid vəzifələrin tutulması məqsədilə mayın 5-də keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından əldə edə bilərlər.

Share: