“Mançester Siti”dən 50 milyonluq təklif

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Qol.az-ın İtaliya məbuatına istinadən yaydığı məlumata görə, “şəhərlilər” “Yuventus”un 25 yaşlı müdafiəçisi Xuan Kanselunu transfer etməyi planlaşdırır. İngilis klubu portuqaliyalı futbolçu üçün 50 milyon avro təklif edir.

Qeyd edək ki, X.Kanselu karyerası ərzində “Benfika”, “Valensiya”, “İnter” kimi klubların da formasını geyinib.

Share: