İngiltərə Premyer Liqası: “Liverpul” – “Çelsi” matçında qalib müəyyənləşməyib

İngiltərə Premyer Liqasının XXI turunda “Liverpul” öz meydanında “Çelsi”ni qəbul edib.

 

“Report” xəbər verir ki, “Enfild” stadionunda keçirilən oyunda komandalar 1 xala razılaşıblar – 0:0.

 

Bu oyundan sonra Yurgen Kloppun yetirmələri 29-cu xalını toplayaraq turnir cədvəlində 8-ci pilləyə yüksəliblər.

 

London klubu isə “qırmızılar”la eyni xala sahibdir və 10-cu pillədə yer alıb.

 

Qeyd edək ki, “Çelsi” ilə oyun Mersisayd klubunun almaniyalı çalışdıranı üçün baş məşqçi olaraq peşəkar karyerasında 1 000-ci oyunu olub.

Mənbə

Share: