İngiltərənin ən bahalı malikanəsi budur – Fotolar

Londonda “Regents” parkının mərkəzində yerləşən 40 otaqlı tarixi malikanə satışa çıxarılıb.

“The Holme” adlı villa Ceyms Burton tərəfindən tikilib və 1980-ci ildən bəri Səudiyyə Ərəbistanına məxsusdur.

205 yaşı olan 29 min kvadrat metrlik malikanədə nəhəng yeməkxana, kitabxana, tennis kortu, səkkiz qaraj, sauna və lüks liftlər də var.

Villa 250 milyon strelinqə satışa qoyulub. 

Mülkün sahiblərindən biri də Səudiyyə Ərəbistanı şahzadəsi Abdullah bin Xalid Sultan Əl Səud olub.

Qeyd edək ki, ev hazırda Londonda satışa qoyulan ən bahalı əmlakdır.

Mənbə

Share: