![](https://milletinsesi.az/wp-content/uploads/2019/06/1207321.jpg)
“Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə “Downdectector” saytı məlumat verib.
Məlumata əsasən, sosial şəbəkə istifadəçilərinin 80 faizi lentanı yeniləyə, 9 faizi isə şəbəkəyə daxil ola bilmir.
Ən çox şikayətlənən ABŞ-ın Kaliforniya ştatı və şərq sahillərinin istifadəçiləridir. Problemlər Avropada və Cənubi Amerika və Yaponiya da müşahidə olunur.