“İnstagram”da möhtəşəm yenilik gəldi

“İnstagram”da daha bir yenilik əlavə edilib.

Dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən olan “İnstagram” son zamanlarda yeni güncəlləmələr ilə birlikdə yeni özəlliklərə sahib oldu.

Güncəllənmiş yeni kamera interfeysi, yeni etiketlər və yeni alış-veriş özəlliklərinə sahib olan “İnstagram”-da daha bir yenilik əlavə edildi. Artıq “İnstagram” yeni “məlumat qənaəti” özəlliyinə sahib olacaq. Bu yenilik sayəsində istifadəçilər görüntülərə toxunmadığı müddətcə görüntülər yüklənməyəcək. Beləliklə, görmək istəmədiyiniz görüntülərə internet sərf olunmayacaq. Bu özəllik istəyə görə aktivləşdirilə və deaktiv edilə biləcək.

İnternet sürəti zəif olan istifadəçiləri nəzərə alaraq edilən bu yenilik ilkin mərhələdə yalnız “Android” cihazlarda istifadəyə veriləcək./metbuat.az

Share: