İquainin “Yuventus”dan ayrılacağı təsdiqləndi

“Yuventus”un futbolçusu Qonzalo İquain Turin klubundan ayrılmağa yaxındır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə argentinalı hücumçunun agenti və qardaşı olan Nikolas məlumat verib: “İquain “Yuventus”dan ayrılacaq. Hazırda müqavilənin ləğvi ilə bağlı danışıqlar aparırıq. O, daha A seriyasında oynamayacaq”..

Qeyd edək ki, İquainin MLS təmsilçisi “İnter Mayami” ilə danışıqlar apardığı bildirilir.

Share: