İrəvan kimdən və nədən güc alır?

Son vaxtlar Ermənistanın şərti dövlət sərhəddində təxribatların sayını artırması, ordumuzun mövqelərini tez-tez atəşə tutması müşahidə edilir.

 

Maraqlıdır, Ermənistanın artan cəsarətinin arxasında hansı amillər dayanır? Terrorçu dövlət kimdən və ya nədən güc alır?

 

Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev Ermənistanın əsasən Qərndən aldığı hərtərəfli dəstəkdən cəsarətləndiyini bildirib:

 

“Azərbaycan sülhün əldə edilməsi üçün bütün imkanlardan istifadə edir.

 

Vətən müharibəsindən sonra Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən imtina edir. Hər dəfə təxribata əl atır və bu təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır. 5 apreldəki görüşündən sonra Ermənistanın daha da cəsarətlənməsini müşahidə edirik. Bu, Qərbin onlara verdiyi hərbi-siyasi və maddi dəstəkdən irəli gəlir.

Ermənistan sərhəddə bu cür təxribatlar törətməklə müdafiəyə ehtiyac duyan ölkə təəssüratını yaratmağa çalışırlar. Onlar tarixən oynadıqları məzlum rolunu bu gün də oynamaqdadırlar. Lakin Ermənistan bilməlidirlər ki, yenidən ciddi bir təxribata əl atsa, sülhdən imtina etsə, o zaman bunun ağır nəticələrinə qatlaşa bilməyəcəklər və sonda yenə Azərbaycana yalvarmalı olacaq”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: