İrəvanda müxalifətin yürüşü başladı

İrəvanda müxalifət Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən avtomobil yürüşləri keçirilir.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, paytaxtın kənarında aksiyalar başlayıb. Bir neçə avtomobil aşağı sürətlə İrəvanın mərkəzinə doğru hərəkət edir.

Qeyd edək ki, müxalifət aprelin 25-dən hakimiyyətə qarşı sistemli aksiyalar keçirir.

Share: