Səudiyyə Ərəbistanı Yəmənə hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanı Yəmənə hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanı Yəmənin cənub-qərbindəki Moxa Beynəlxalq Hava Limanına iki hava zərbəsi endirib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının nəzarətində olan “Saba” xəbər agentliyinin məlumat yayıb.

Çərşənbə axşamı yayılan məlumatlarda bildirilirdi ki, Husi dəstələri Qırmızı dəniz sahilindəki Moxa şəhərinə nəzarəti ələ keçirib.

Sentyabrın əvvəlində Husi üsyançılarının ölkənin cənub-qərbində hücuma keçməsindən sonra Yəməndə vəziyyət kəskin şəkildə gərginləşib. Eyni zamanda, onlar Qırmızı dəniz sahili ərazilərinə və Taiz şəhərinin ətrafına raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirməyə başlayıblar; bununla da onlar Moxaya aparan yolları kəsməyə və strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına yaxın ərazilərə doğru irəliləməyə çalışıblar.

Share: