Çin hakimiyyəti Ukrayna böhranı və Yaxın Şərqdəki münaqişənin həllinə töhfə vermək məqsədilə digər BRICS ölkələri ilə əməkdaşlıq etməyə ümid edir.
Millətin Səsi.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq jurnalistlərə bildirib.
O, “Yaxın Şərq və Ukraynada baş verən iki böyük münaqişə fonunda” keçiriləcək BRICS sammitinin təfərrüatları ilə bağlı hindistanlı jurnalistin sualını cavablandırarkən keçirilən brifinqdə deyib: “Biz həmçinin BRICS ölkələri ilə birlikdə bütün tərəflər arasındakı mübahisələrin dialoq və danışıqlar yoluyla həllini təşviq etməyə, eləcə də regionda və bütün dünyada sülh və sabitliyin qorunması istiqamətində birgə səy göstərməyə ümid edirik”.
Çinli diplomatın sözlərinə görə, Pekin “əməkdaşlığa əsaslanan davamlı və hərtərəfli təhlükəsizlik konsepsiyasını” dəstəkləyir. O əlavə edib: “Biz bu aktual məsələlərin dialoq yoluyla siyasi həllini təşviq etməyə çalışırıq”.
Çin Prezidenti Si Tszinpin sentyabrın 12-13-də BRICS sammitində iştirak etmək üçün Hindistana səfər edəcək.


