İran ilk dəfə olaraq “Şahab” kəşfiyyat PUA-sını təqdim etdi…

İran İslam Respublikasının Hərbi Hava Qüvvələri ilk dəfə olaraq “Şahab” kəşfiyyat PUA-sını təqdim edib.

 

Moderator.az-ın məlumatına görə, “Mehr” xəbər verir ki, müqəddəs müdafiə həftəsi münasibətilə İran Hərbi Hava Qüvvələrinin bütün növ pilotlu və pilotsuz uçuş aparatlarının təqdim olunduğu “İktidar” (Güc) sərgisində kəşfiyyat məqsədilə istifadə oluna bilən “Şahab” təlim pilotsuz uçan aparatı təqdim olunub. 

 

Kəşfiyyat pilotsuz təyyarəsi 8 saat ərzində 11 min fut hündürlükdə uça bilir, onun uçuş məsafəsi isə 10 km-dir ki, bu da kəşfiyyat missiyaları üçün 200 km-ə qədər uzadıla bilər.

Mənbə

Share: