İran-İsrail savaşı Azərbaycana hansı təhlükə yarada bilər?

Artıq 11 gündür ki Yaxın Şərqdə İsrail və İran arasında ciddi gərginlik yaşanmaqdadır. İsrail Avropa İttifaqını İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı kimi tanımağa və Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

İran İsrailə hava məkanını açacaq qonşu ölkələrə ən sərt şəkildə cavab verəcəyini bəyan edib. Bəs görəsən, belə olduğu halda İran-İsrail müharibəsi başlayarsa, Azərbaycana hansı zərər toxuna bilər?

 

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Moderator.az-a danışdı.

Onun sözlərinə görə, İranın İsrailə hücumları effektsizdir və heç bir strateji nöqtələr vurulmadı: “Əslində, İran-İsrail müharibəsinin olacağına inanmıram. İranın hücumları ilə İsrailə heç bir xüsusi ziyan dəymədi. Bununla İran öz imicini xilas eləməyə çalışır. Çünki onların generallarını Suriyada konsulluqda məhv etdilər, ondan qabaq Qasım Süleymani məsləsinə görə İran nüfuzdan düşdü. Bütün bu və digər məsələləri göz önündə saxlayaraq İran öz imicini qorumaq üçün belə addımlara əl atır. O ki qaldı İranın qonşu dövlətləri təhdid etməsinə, İranın qonşu dövlətlərinə, xüsusən də Azərbaycana təhdidləri boş və mənasızdır. Ən azı özü də bilir ki, Azərbaycana qarşı hər hansı addım ata bilməz. Azərbaycan və Türkiyənin Şuşa bəyənnaməsi ilə hərbi birlik səlahiyyəti var. Bu müqaviləyə görə Azərbaycana edilən hücum eyni zamanda Türkiyəyə edilmiş hesab ediləcək. İran da indiki halda Türkiyəni qarşısına almağa risk etməz. Çox gözəl bilir ki, Türkiyə nə İsraildir, nə də Amerika. Yəni İranın qonşu dövlətlərə təhdidlərini ciddiyə almaq lazım deyil. İran, İsrail və İran Amerika müharinəsi başlasa, təbiidir ki, burada qonşu ölkə kimi həm iqtisadi, həm təhlükəsizlik baxımdan təhdidlər almaq mümkündür. İnanmıram ki, İran Azərbaycana qarşı belə bir risk edə. Türkiyə faktı olmasa, təbii ki, İran Azərbaycanı təhdid də edə bilərdi”.

Moderator.az

Mənbə

Share: